• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ümumvətəndaş pasportlarının verilməsi qaydası dəyişdirildi

Ümumvətəndaş pasportlarının verilməsi qaydası dəyişdirildi

Pasportların verilmə müddəti 1 aydan 10 günə endirilib, bundan sonra uşaqlara da ümumvətəndaş pasportları veriləcək

Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanun layihəsinə dəyişikliklər layihəsi qəbul olunub.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Təklif olunan dəyişikliklərə əsasən, ümumvətəndaş pasportlarının verilməsi müddəti 1 aydan 10 iş gününə endirilir.

Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır. Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara veriləcək. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulur. Xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.

Dəişikliyə görə, ümumvətəndaş pasportunun verilmə müddəti 1 aydan 10 günə endirilib.

Elməddin Muradlı

Səxavət Həmid

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR