“Amerikanın səsi” Azərbaycan qarşısında geri çəkildi
Bizi izləyin

İqtisadi gündəm

“Amerikanın səsi” Azərbaycan qarşısında geri çəkildi

Azərbaycanın ABŞ-dakı səfirliyi Qarabağ haqqında filmin “Amerikanın səsi" radiosunun saytından çıxarılmasına nail olub.

Publika.az-ın verdiyi xəbərə görə, Qarabağ: Müharibə təhlükəsi altında sülh şəraitində həyat” adlanan film saytdan çıxarılıb.

Azərbaycan səfirliyinin şikayəti ondan ibarət olub ki, filmdə bütün tərəflərin, xüsusi olaraq Qarabağdan çıxarılan azərbaycanlıların fikirləri əksini tapmayıb.

Film Qarabağ ermənilərinin mövqeyini əks etdirirdi.

“Onlar Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı gedən danışıqlar barədə heç eşitmək belə istəmirlər Beynəlxalq ictimaiyyət üçün sadəcə coğrafi ərazi kimi görünən bu yerlər bizlər üçün müqəddəs vətəndir”, - filmin müəllifi Dağlıq Qarabağda yaşayan ermənilərdən birinin fikrindən sitat gətirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm