Deputat: “Hüquq müdafiəçiləri cəmiyyətdə çaşqınlıq yaradır“
Bizi izləyin

İqtisadi gündəm

Deputat: “Hüquq müdafiəçiləri cəmiyyətdə çaşqınlıq yaradır“

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mətbuata açıqlamasında iyun ayının 15-nə kimi əfv veriləcəyini deyib.

Hüquq müdafiəçiləri müxtəlif vaxtlarda, xüsusən müəyyən tarixi günlər ərəfəsində bu kimi xəbərləri gündəmə gətirirlər.

Publika.Az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə onda bu məsələ ilə bağlı hər hansı məlumatın olmadığını bildirib. O, əfvlə bağlı konkret tarix söyləməyin tərəfdarı deyil: "Hüquq müdafiəçilərinin bu cür açıqlamalar verməsi cəmiyyətdə çaşqınlıq yaradır".

Çingiz Qənizadə hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Səidə Qocamanlı, Novella Cəfəroğlu ilə birlikdə 2011-ci il 2 aprel məhbuslarının yaxın zamanda azadlığa buraxılması üçün çalışdıqlarını deyib:

"Çalışırıq ki, həmin məhbuslar qanunauyğun şəkildə azad olunsunlar. Bunun yolu məhkəmə qaydasında cəzadan vaxtından əvvəl azadetmə formasından keçir. Artıq bir neçə nəfər azadlığa buraxılıb. Bütün bunlar ümid verir ki, başqaları da azadlığa çıxacaqlar. Biz bu istiqamətdə çalışırıq".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm