Milli Məclisdən açıqlama: “Cəbhədə gərginlik erməni hərbçilərinin şıltaqlığı deyil“
Bizi izləyin

İqtisadi gündəm

Milli Məclisdən açıqlama: “Cəbhədə gərginlik erməni hərbçilərinin şıltaqlığı deyil“

"ABŞ dövlət katibinin Azərbaycana səfərini əhəmiyyətli hesab edirəm. Səfər zamanı aparılan müzakirələrin aktuallığı bunu deməyə əsas verir".

Publika.Az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, tərəflər enerji təhlükəsizliyi, regionlar təhlükəsizlik, bir sıra iqtisadi layihələrin həyata keçirilməsində və digər sahələrdə fəal əməkdaşlıq edirlər. Onun sözlərinə görə, əsas məsələ isə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ilə bağlıdır:

"Hesab edirəm ki, bu səfər ABŞ-ın ölkəmizə səfir təyinatı məsələsində də müsbət təsir göstərəcək. Amma bütün bunlara rəğmən əsas gözləntilər Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın rolunun artması ilə bağlıdır.

Hillari Klinton münaqişənin həllində yeni yanaşmanın ortaya qoyulmasının zərurliyini qeyd etdi. Yeni yanaşmanın nədən ibarət olması isə xarici işlər nazirlərinin iyunun 18-də keçiriləcək görüşündə müzakirə ediləcək. Əgər ABŞ iradə nümayiş etdirərsə, münaqişənin həllində irəliləyiş əldə oluna bilər".

Təmas xəttində gərginliyin yaranmasının ABŞ dövlət katibinin bölgəyə səfəri ilə əlaqəli olub-olmamasına gəlincə, Bahar Muradova bu ehtimalı istisna etməyib. Onun fikrincə, işğalçı tərəf və bu münaqişədə öz marağı olan dairələr qeyri-konstruktivlik nümayiş etdiriblər:

"Bu hadisə bölgədə sabitliyin mövcud olmamasına, münaqişələrin həll edilməməsinə maraqlı olan qüvvələrin "xidmətidir". Yəni cəbhə xəttində gərginliyin yaranması sadəcə erməni hərbçilərinin şıltaqlığı deyil. Bu gərginliyin yaranmasının Hillari Klintonun səfəri zamanı baş verməsi onu göstərir ki, hadisənin kökündə daha dərin məsələlər dayanır".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm