İqtisadi gündəm
Mətbuat Şurası: “Hələlik narahatlığa əsas yoxdur“
"Azərbaycan beynəlxalq konvensiyalara qoşulduğundan ölkədə qəbul olunan qərarlar da ilk növbədə beynəlxalq standartlara uyğunlaşdırılır".
Publika.Az-a açıqlamasında bu sözləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Media Hüququ İnstitutunun bəyanatını şərh edərkən deyib.
Milli Məclis"İnformasiya əldə etmək haqqında","Kommersiya sirri haqqında" və"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlara əlavə və dəyişikliklər etməyə hazırlaşır. Media Hüququ İnstitutu bu dəyişikliklərin ölkə konstitusiyasına, informasiya əldə edilməsini tənzimləyən bütün qanunlara və korrupsiyaya qarşı mübarizəyə dair bütün normativ aktlara, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduğunu qeyd edir.
Media Hüququ İnstitutundan əlavə bir neçə siyasi partiya, jurnalist təşkilatı və müstəqil jurnalistlər hesab edir ki, nəzərdə tutulan dəyişikliklər informasiyanın əldə olunmasını çətinləşdirəcək.
Mətbuat Şurasının sədr müavini isə bu fikirdədir ki, gözlənilən dəyişikliklərlə bağlı heç bir narahatlığı əsas yoxdur: "Qanunvericiliyin iddia olunan formada məhdudlaşdırılması ağlabatan deyil. Hesab edirəm ki, bu bir qədər bilgisizlikdən irəli gələn narahatlıqdır.
Qeyri-hökumət təşkilatlarının narahat olmaları onların borcudur, vəzifəsidir. Ancaq buna heç bir əsas görmürəm. Çünki Azərbaycanın özbaşına beynəlxalq standartlara, konvensiyalara zidd qanunlar qəbul etməsi inandırıcı deyil.
Mənə elə gəlir, hələlik ehtimal olunan dəyişikliklərdən söhbət gedir. Qanunvericilikdə hansı məqamların dəyişdiriləcəyi parlamentdə müzakirələr zamanı bilinəcək. Onda məsələyə daha ətraflı münasibət bildirmək olar".
Ömər Əmirov
Publika.Az
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar