Etibar Əliyev: “Heç bir partiyaya getməyəcəm” - AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

Etibar Əliyev: “Heç bir partiyaya getməyəcəm” - AÇIQLAMA

Etibar Əliyev Publika.Az-a bildirib ki, onun partiyadan istefasını adi prosedur qaydası kimi qiymətləndirmək lazımdır: “Partiyadan daxilolmalar və istefalar müəyyən dialektika təşkil etməlidir. Mənin partiya müşavirliyindən və partiya üzvlüyündən istefamı həmin partiya üçün adi hadisə hesab edirəm.

Fikrimcə, istefam bu partiyanın, partiya rəhbərinin gələcək fəaliyyətinə, partiyanın inkişafına heç bir maneə yaratmayacaq. Partiya üzvü olduğum müddətdə sədrlə hansısa məsələ barədə kəskin mübahisəmiz yaranmayıb”.

Etibar Əliyev qeyd edib ki, fəaliyyətini hansısa siyasi partiyada davam etdirmək niyyəti yoxdur: “Düşünmürəm ki, hansısa bir partiyada təmsil olunacam. Hansısa bir partiyada aktiv bir fiqura çevriləcəyinə ümid bəsləmirəm. Gələcəkdə heç bir partiyanın üzvü olmayacağımı indidən deyirəm”.

BQP-də bundan sonra hansısa istefaların mümkünlüyünə gəlincə, partiyanın keçmiş üzvü bunu istisna edir: “Mənim partiyada heç bir qruplaşmam olmayıb və bunun tərəfdarı deyiləm. Fazil bəyin uğurlu şəxsiyyət olduğunu qəbul edən insanlar kifayət qədərdir”.

Etibar Əliyev partiyadan istefa ilə bağlı qərara 10-15 gün əvvəl gəldiyini bildirib: “Bu barədə partiya sədri ilə bir qədər söhbətləşdik. Fazil bəy hesab edir ki, mənim partiyadan getməyim partiyaya hansısa bir təsiri olmayacaq. Mənim fikrim də budur. Keçmiş dostuma Azərbaycan cəmiyyətinin inkişafında uğurlar arzulayıram.

Aramızda müəyyən fikir ayrılıqları olub, bir sıra məsələlərdə konsensusa gəlmişik, müəyyən vaxtlarda da bu alınmayıb. Bəyanatımı səs-küylü bəyanat kimi də dəyərləndirmək düzgün deyil. Mən istefamı faciə kimi qəbul etmirəm”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm