• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Millət vəkili Amasiyaya getdi

Millət vəkili Amasiyaya getdi

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva Türkiyənin Amasiya Universitetində "Qarabağdan Amasiyaya könül körpüsü: Beynəlxalq Mir Həmzə Seyid Nigarı" adlı simpoziumda iştirak etmək üçün Amasiyaya gedib.

Publika.Az-ın məlumatına görə. çoxlu sayda yerli və xarici alimlərin və qonaqların qatılacağı beynəlxalq simpozium böyük mütəfəkkir Mir Həmzə Seyid Nigarinin fəlsəfəsi, poeziyası və yaradıcılığına həsr olunub.

Beynəlxalq simpoziumun açılış mərasimində çıxış edəcək Qənirə Paşayeva "Böyük mütəfəkkir Mir Həmzə Seyid Nigari və Qarabağ məsələsi" mövzusunda məruzə ilə də çıxış edəcək.

Simpoziumda həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Amasiya Universitetin rektoru Metin Orbay, Amasiya bələdiyyəsinin sədri Cafer Özdemir, Amasiya valisi Abdil Cəlil Öz, Azərbaycan və Türkiyədə Mir Həmzə Nigarı yaradıcılığı ilə məşğul olan görkəmli alimlər iştirak edəcəklər.

Simpozium çərçivəsində millət vəkili Qənirə Paşayevanın Amasiya valisi, Amasiya bələdiyyə sədri, Amasiya Universitetinin rektoru, millət vəkilləri, yerli mətbuat və media nümayəndələri ilə görüşləri də olacaq.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR