İqtisadi gündəm
Fazil Mustafa ilə “Haşiyə“
Bu mövzuda düşüncələrini millət vəkili Fazil Mustafa bölüşür:
"Bazara getmək üçün xüsusi mədəniyyətli olmaq lazım deyil. Əksinə, mədəniyyətsiz olmaq lazımdır. Bazarlıq eləmək istəyirsənsə, tərəzidə aldadılmaqdan, keyfiyyətsiz malla həriflənməkdən qorunmaq üçün qızıl qaydaları öyrənməlisən. Mədəni adam bazara girdisə, onu aldadacaqlar. Keyfiyyətsiz mal verib hərifləyəcəklər. O da gedib evdə danlanacaq.
Mədəni adam bazara girib qiymətdə 5-10 qəpik endirim etməyi bacarmır. Mən özüm bazara gedəndə ilk cərgələrdə gözümün tutduğu məhsulları seçib alıram. Qiymətlərdə isə endirim söhbəti eləmirəm. Çünki, endirim üçün sərf olunan enerji və əsəb itkisindən qazandığın qəpik-quruşu apteklərə verməli olursan.
Bazarlıq məsələsində xüsusi fərqimiz kimi israfçılığımızı deyə bilərəm. Biz süfrəmizə yemədiyimiz qidaları qoyuruq. Bu da görməmişlikdən irəli gəlir. İnsan süfrəsinə yediyi məhsulları qoymalı olduğu kimi, bazarlıqda da istifadə eləyəcəkləri malları almalıdır. Toylara baxın, yediklərimizdən çox yemədiyimiz qidaları qarşımıza qoyurlar. Buna ehtiyac yoxdur. İsrafçılıq baş ucalığı gətirmir. Təkrar edirəm ki, bu görməmişlik əlamətidir".
Günay Muradlı
Publika.Az
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır