Yeni binalarda qiymətlər niyə artır?
Bizi izləyin

İqtisadi gündəm

Yeni binalarda qiymətlər niyə artır?

Publika.Az-a açıqlamasında "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı yeni tikili binalarda mənzillərin qiymətlərində artım qeydə alınması barədə yayılan məlumatlara aydınlıq gətirərkən belə deyib.

İB sədri söyləyib ki, alıcıların sayında da ciddi dəyişiklik nəzərə çarpmır:

"Ötən ay təkrar mənzil bazarında, yeni tikililərdə nisbi qiymət artımı qeydə alınıb. Bu çox cüzi rəqəmlə ifadə olunur – 0,1 faiz. Əslində bunu qiymət artımı kimi, xarakterizə etmək də düzgün deyil. Ona görə ki, mənzillərin bugünkü bazar qiymətlərinin üzərinə 0,1 faiz artım əlavə edilirsə, bu ciddi qiymət artımı anlamına gəlmir. Bunun üzərindən keçmək də olar. Bazarda ümumi vəziyyət stabildir. Nə alıcıların, nə də bazara müraciət edənlərin sayında ciddi artım müşahidə olunmayıb. İlkin mənzil bazarı üzrə ekspozisiya müddəti, yəni, mənzillərin reabilitasiya dövrü, bazara çıxan müddətdən satıldığı müddətə qədər olan dövrün artımı davam etməkdədir. Yeni tikililər üzrə ekspozisiya müddəti yüksək olaraq qalır. Ümumilikdə bazardakı konyiktura ötən ilin sonlarında

qeydə alınan durumla eynilik təşkil edir. Hazırda fərqli mənzərə müşahidə olunmur. Lakin bununla yanaşı qeyd olunmalıdır ki, bazarda mənzil tikintisinin həcmində müəyyən artımlar nəzərə çarpmağa başlayıb. Əlbəttə, burada "Ağ Şəhər" və digər böyük layihələr kimi, iri tikinti layihələrinin fəaliyyətə başlaması da öz sözünü deyir.

İri layihələr üzrə tikintilərin artımı bu sahədəki tempi bir qədər artırsa da, bunu ilkin mənzil bazarında qiymətlərin və dinamikanın artımı kimi, səciyyələndirməyin tərəfdarı deyilik".

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm