• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Seymur Orucov Əbülfəz Qurbanlıya cavab verdi

Seymur Orucov Əbülfəz Qurbanlıya cavab verdi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının onu açıq debata çağırmasına münasibət bildirib. Publika.Az xəbər verir ki, Seymur Orucov debatda iştirak etmək üçün qarşı tərəfin də intellektual səviyyəyə, yüksək mədəniyyətə, bilik və bacarığa malik olmasının vacibliyini vurğulayıb.

Əbülfəz Qurbanlı “Azadlıq” qəzetinin rəsmi saytına və “Qafqazinfo”ya müsahibəsində hakim partiyadakı həmkarı ilə istənilən media qurumunda fikir mübadiləsinə, eyni zamanda AXCP Gənclər Komitəsinin ölkədəki ən intellektual gənclər təşkilatı olduğunu sübut etməyə hər an hazır olduğunu iddia edib. O, 500 minlik YAP-dan qarşılarına çıxan olmadığı vurğulayıb. Əbülfəz Qurbanlı xüsusən təhsillə bağlı tənqidi fikirlər səsləndirib.

Seymur Orucov YAP-ın saytına açıqlamasında deyib: “Təəssüf ki, bəzi müxalifət partiyaları və onların ətrafında birləşən gənclər çox yanlış mövqedədirlər. Onlar dövlətimizin qazandığı uğurlara kölgə salmağı bilavasitə fəaliyyətlərinin «vacib» hissəsi kimi görürlər.

Bu yaxınlarda AXCP Gənclər Komitəsinin sədri mətbuata açıqlamasında təhsilin vəziyyətini tənqid edib. Onun tənqidlərinin heç bir əsası yoxdur və ümumi sözçülükdən başqa bir şey deyil. Bu cür insanların məqsədi yalnız Azərbaycanda hər şeyi qara rəngdə görməkdən və ölkəmizin imicinə ziyan vurmaqdan ibarətdir.

Hətta həmin cəbhəçi məni debata da çağırıb. Mən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətləri faktlarla istənilən şəxsə çatdırmağa hazıram. Amma hesab edirəm ki, bunun üçün qarşı tərəf də intellektual səviyyəyə, yüksək mədəniyyətə, bilik və bacarığa malik olmalıdır. Amma biz müxalifətçi gənclərdə bunu görmürük”.

Seymur Orucov bir müddət öncə müxalifətçi gənclərin 20-ci sahə ərazisində keçirdiyi icazəli mitinqdə nələrin baş verdiyinin bütün ictimaiyyətin xatirində olduğunu vurğulayıb: “Həmin mitinqdə səslənən fikirlər, küçə söyüşləri onların hansı səviyyəyə malik olduğunu sübut edir. Təbii ki, belə insanlarla bir masa arxasında əyləşib sivil şəkildə debat təşkil etmək mümkün deyil. Çünki onlar bütün hallarda küçə təfəkkürü ilə hərəkət edirlər».

Səxavət

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR