Nazir vətəndaşları qəbul edəcək
Bizi izləyin

İqtisadi gündəm

Nazir vətəndaşları qəbul edəcək

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Hacıqabulda vətəndaşları qəbul edəcək.


Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 19-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Hacıqabulda Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Hacıqabul şəhərində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və Facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm