• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Eurovision“ günlərində təyyarə təxribatı

“Eurovision“ günlərində təyyarə təxribatı

İlqar Məmmədov: "Xankəndi hava limanın eniş-qalxış zolağı bir neçə dəqiqəyə darmadağın edilməlidir"

Vəfa Quluzadə: "Bunun baş verib-verməyəcəyini zaman göstərəcək"

Yaşar Cəfərli: "Bunu önləmək üçün hərbi texnika və peşəkarlarımız var"

Bəlli olduğu kimi Azərbaycan "Eurovision-2012" mahını müsabiqəsinə ev sahibliyi edəcək. Artıq müsabiqənin başlamasına bir neçə gün qalır. Mayın 22-də paytaxt Bakıda "Eurovision" mahını müsabiqəsinə start veriləcək.

Dünən "Re-Al" Hərəkatının sədri, politoloq İlqar Məmmədov şəxsi blokunda bu yarışmada Ermənistanın həyata keçirə biləcəyi təxribatla bağlı fikirlərini bölüşüb. Politoloq ehtimal edir ki, musiqi yarışmasının başlanmasına bir gün qalmış İrəvandan Xankəndiyə uçuş həyata keçirilə və bununla da Xankəndi hava limanının açıla bilər.

İlqar Məmmədov bunun baş verəcəyi təqdirdə Azərbaycanın nə etməsi haqqında suala özü cavab verib: "Bu zaman İrəvandan Xankəndinə uçan təyyarəni vurmaq olmaz. Amma Xankəndi hava limanın eniş-qalxış zolağı dəqiqələr içində darmadağın edilməli və bu zaman insan itkisinə yol verilməməlidir. Bax, bu zaman Ermənistan prezidenti Serj Sarkisiyanın təyyarəsi Xankəndi üzərindən fırlanıb geriyə qayıdacaq".

Sonda politoloq qeyd edib ki, bunun üçün Azərbaycanın hərbi-hava qüvvələrinin imkanları çoxdan qurulub.

Xarici siyasət üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə bu barədə konkret bir söz deyə bilməyib. Bildirib ki, belə bir təxribatın baş verib-verməyəcəyini zaman göstərə bilər: "Bunu şərh eləyə bilmərəm. Fikrimcə, bu məsələ haqqında mütəxəssislər danışmalıdırlar".

Hərbi ekspert, istefada olan polkovnik Yaşar Cəfərli beynəlxalq tədbir günü ermənilərin belə bit təxribata gedəcəyini mümkün sayır. Onun fikrincə, ermənilər hər gün girəvə axtarırlar ki, təxribat törətsinlər: "Hesab edirəm ki, bu baş versə onun qarşısı alınmalıdır. Fikrimcə, Azərbaycanın hərbi texnikası, bunu həyata keçirmək üçün peşəkar mütəxəssisləri var. Ancaq bunu edib-etməyəcəkləri haqda mən bir söz deyə bilmərəm".

Istefada olan polkovnik bildirib ki, əslində ermənilər buna getsələr, Azərbaycan tərəfi onların iç üzünü bir daha dünyaya çatdıra bilər: "Yəni burada "Eurovision" yarışması gedir, camaat sülhdən, mədəniyyətdən, dəyərlərdən danışır. Ermənilər isə o tərəfdən təxribatla məşğuldurlar. Bunu beynəlxalq aləmdə ermənilərin əleyhinə çevirmək mümkündür".

Nemət

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR