Vüqar Qaradağlı: “Müəyyən fikirlərim var“
Bizi izləyin

İqtisadi gündəm

Vüqar Qaradağlı: “Müəyyən fikirlərim var“

Bunu Publika.Az-a açıqlamasında bu gün ATV telekanalına yeni rəhbər təyin edilən jurnalist Vüqar Qaradağlı deyib.

ATV-də hansı yeniliklər edəcəyinə dair suala gəldikdə Vüqar Qaradağlı bildirib ki, onun özü jurnalistdir: "Mən televiziyadan uzaq adam deyiləm. Özünüzdə bilirsiniz ki, bu sahədə işləmişəm. Ayrı şey olmayacaq ki. Həmin fəaliyyətdir".

"ATV əsasən şou-proqramlar üzrə ixtisaslaşıb və bəzən müəyyən verilişlər vaxtı ilə narazılıqla qarşılanır. Bu mənada yeni istiqamətlər haqqında düşünürsünüzmü" sualına gəldikdə Vüqar Qaradağlı deyib ki, ideyaları olsa da, hələlik bu haqda danışmaq tezdir: "Əgər mən bunu müzakirə etməmişəmsə, həyata keçirməmişəmsə onun haqqında nə deyə bilərəm ki?".

ATV-nin yeni rəhbəri onu da əlavə edib ki, kanalda hansısa proqramları ixtisara salınması haqqında da danışmaq tezdir: "Hələlik bu barədə də danışmaq tezdir. Siz birdən-birə inqilabın olmasını istəyirsiniz. Azərbaycanda inqilab dövrü qurtardı. Biz normal yaşayırıq və normal inkişaf edirik. Qurtardı".

Vüqar Qaradağlı deyib ki, artıq kanalda təhvil-təslim işlərinə başlayıblar: "Əgər imkan versəniz, təhvil-təslim işlərini başa çatdırarıq".

Nemət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm