İqtisadi gündəm
Gənc Tamaşaçılar Teatrının aktyoru cəzalandırıldı– EKSKLÜZİV
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Mirzə Ağa Mirzəyevə teatrın direktoru Mübariz Həmidov töhmət verib. Publika.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb aktyorun tamaşaya gəlməməsi olub.
Belə ki, bir neçə gün öncə teatrda dramaturq Əli Əmirlinin iki hissəli lirik komediyası əsasında xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “M.S.S. – Mən səni sevirəm” tamaşasının nümayişi baş tutub. Tamaşada öncədən elan olduğu kimi, Mirzə Ağa Mirzəyev iştirak etməli idi. Gənc aktyora bu barədə xəbərdarlıq olunsa da, o heç bir izahat vermədən tamaşaya gəlməyib. Onun rolunu isə həmin gün təsadüfən teatrda olan dublyoru Eşqin Quliyev ifa edib.
Mirzə Ağa Mirzəyevə onunla bağlanan müqavilənin 3.3-cü bəndini pozduğuna, işinə məsuliyyətsiz yanaşdığına və üzrsüz səbəbdən tamaşaya gəlmədiyinə görə töhmət verilib. Belə bir halın təkrarlanacağı halda daha ciddi tədbirlərə əl atılacağına dair xəbərdarlıq edilib.
Məsələ ilə əlaqədar Mirzə Ağa Mirzəyevin də fikrini öyrəndik. Gənc aktyor əvvəlcə məlumatı təkzib etdi. Ona əmri oxuduğumuzu deyəndə isə belə cavab verdi: “Mən xəstə olduğuma görə işə gəlməmişəm, rəhbərliyə də xəbərdarlıq etmişəm”.
Xəyalə Muradlı
Publika.Az
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO