“Məleykə Abbaszadə dedi ki, Misir Mərdanov dahidir“
Bizi izləyin

İqtisadi gündəm

“Məleykə Abbaszadə dedi ki, Misir Mərdanov dahidir“

"TQDK nəzərdə tutduğu islahatların konuturunu açıqlamalıdır. Dərs ilinin sonu olduğu üçün baş verən dəyişikliklərin effekti haqda danışmaq indi tezdir. Bir ildən sonra dəyişikliyin effektini görəcəyik".

Bu sözləri Publika.Az-a orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılmasının TQDK-ya həvalə edilməsinə münasibət bildirərkən təhsil üzrə ekspert Etibar Əliyev söylədi.

Onun sözlərinə görə, TQDK artıq ilk addımını atıb:

"Orta məktəblərdə buraxılış imtahanlarında iki fənndən imtahan verilməsi mütərəqqi addımdır. Dünyanın təhsili inkişaf etmiş bütün ölkələrində iki fənn, ana dili və riyaziyyat əsas fənn hesab edilir. Başqa bir məsələ isə, ciddi dəyişiklik əldə etmək üçün TQDK orta məktəblərdə, tədris materiallarında ciddi monitorinq aparmalıdır. Şagird dərsliklərdə səhv tapırsa, bu çox dəhşətli faktdır. Eyni zamanda, dərsliklər konkret şəxslərin monopoliyasındadır. Bunların qarşısının vaxtında alınması üçün davamlı monitorinqlər aparılmalıdır. TQDK sədri Məleykə Abbaszadənin son mətbuat konfransında Misir Mərdanovun 14 dərslik müəllifi olması ilə bağlı verilən suala cavabı çox maraqlı idi. Məleykə Abbaszadə dedi ki, Misir Mərdanov dahidir. O, 14 kitab müəllifi ola bilər. Vəziyyət isə başqadır".

E.Əliyev bildirdi ki, dəyişikliyin islahat hesab edilməsi üçün ciddi monitorinqlər aparılmalı, nəticəsi ictimaiyyətə bildirilməlidir:

"Həmin monitorinqlər aparılmasında qarşılıqlı əməkdaşlığa hər zaman hazırıq".

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm