• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Fövqəladə hallar zamanı nə etməli?”

“Fövqəladə hallar zamanı nə etməli?”

Fövqəladə Hallar Nazirliyinin (FHN) əlaqədar qurumları və Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu 183 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda nəzəri-praktik tədbir keçirib. Publika.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd orta məktəbin müəllim və şagird heyətinə ehtimal olunan fövqəladə hadisələr zamanı ilkin davranış qaydalarının aşılanması olub.

Tədbirdə FHN-in əməkdaşları “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli”, “Yanğın, partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” və “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzularında çıxışlar ediblər.

Daha sonra məktəbin həyətində “Mercedes BENZ Sprinter” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunub.

Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatıb.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR