Nazir: Sərsəng su anbarı fəlakət mənbəyinə çevrilib
Bizi izləyin

İqtisadi gündəm

Nazir: Sərsəng su anbarı fəlakət mənbəyinə çevrilib

Nazir Elmar Məmmədyarov Avropa Şurasının Parlament Assambleyasının “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə məruzəçisi” Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az-ın məlumatına görə, nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ən böyük problemin Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması olduğunu bildirib. O əlavə edib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal və təcavüz faktı aradan qaldırılmalıdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan problemlərdən danışan Elmar Məmmədyarov Sərsəng su anbarının humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrildiyini bildirib.

Milisa Markoviç məruzənin əsas hədəfinin Sərsəng su anbarı və Tərtər çayı və bunun yerli əhali üçün yaratdığı problemlər olacağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm