Rus yazar Söyün Sadıqov haqqında sənəd paylaşdı - Foto
Bizi izləyin

İqtisadi gündəm

Rus yazar Söyün Sadıqov haqqında sənəd paylaşdı - Foto

Rusiya yazıçısı Aleksandr Fomenkov Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqovla bağlı Rusiya Prezident Administrasiyasına göndərdiyi məktuba cavabı paylaşıb.

Axar.az xəbər verir ki, bu barədə fotonu rus yazar Feysbukda Söyün Sadıqovla bağlı paylaşdığı videonun altında yerləşdirib.

Sənəddə Fomenkovun Prezident Administrasiyasına Söyün Sadıqovun nə dərəcədə etibarlı şəxs olması ilə bağlı sual göndərdiyi bəlli olub. Administrasiyadan şairə Sadıqovun 2012-ci ilin prezident seçkisi zamanı Vladimir Putinin inanılmış kadrları sırasında olduğu cavabı verilib. Məktubun 2014-cü ilin fevralın 10-una aid olduğu müəyyən edilib.

Qeyd edək ki, tərəflər həmçinin şərhlər bölümündə bir-birini kifayət qədər təhqiramiz ifadələr işlədiblər.

Xatırladaq ki, Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm