Siz soruşun, psixoloqlarımız cavablandırsın...
Bizi izləyin

İqtisadi gündəm

Siz soruşun, psixoloqlarımız cavablandırsın...

Publika.Az saytının psixoloqlarının köməyi ilə “Siz soruşun, psixoloqlarımız cavablandırsın” rubrikasının növbəti sayı daha bir aktual mövzu üzərində qurulub. Uşaq və yeniyetmələrin daha çox aludə olduğu porno-saytlar və açıq-saçıq xəbərlər onlara necə təsir edir?

Sualları Elnur Bayramov cavablandırıb.

Uşaq və yeniyetmələrin porno aclığı haradan qaynaqlanır?

• Yaş dövründən;

• İntim münasibətlərə maraqdan;

• Canlı ünsiyyətə girə bilmədikləri üçün.

Saytlarda daha çox bu tip xəbərlər oxunur. Səbəbi?

• İnsan özünü tapacağı bir xəbər axtarır;

• Gənclərin fizioloji-cinsəl məlumatları öyrənmək istəyi;

• Şərq əxlaq kodeksi səbəbindən başqalarından soruşa bilmədiyini axtarır;

• Bu xəbərlərin çoxluğu bu cür münasibətlərə meyli gücləndirir.

Valideynlər yeniyetmələri zərərli porno saytlardan necə qorusunlar?

• Uşağın internetdən yalnız evdə istifadə etməsinə nail olmalı;

• Evə “ələnmiş” (seçilmiş saytlar) internet trafiki almalı.

Ümumiyyətlə, gəncləri hansı yaşda sərbəst buraxmaq olar?

• Yeniyetmələr baxmasa, daha yaxşıdır;

• Uşaqları 16 yaşına kimi bu tip xəbərlərdən, videolardan qorumaq lazımdır;

• Zamanı gələndə onsuz da tanış olacaqlar.

Oxucuların nəzərinə! Elektron ünvanımıza ([email protected]) göndərdiyiniz suallar yaxın günlərdə psixoloqlarımız tərəfindən cavablandırılacaq və bu rubrikada yayımlanacaq. Saytımızı izləyin.

Lalə Mehralı

[email protected]

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm