Nazirin qərarı nəqliyyat sistemində xaos yaradıb - Şikayət
Bizi izləyin

İqtisadi gündəm

Nazirin qərarı nəqliyyat sistemində xaos yaradıb - Şikayət

Paytaxtın ictimai nəqliyyatında bir neçə marşrut xəttinin ləğvi sərnişinlərə əlavə problemlər yaradıb. Şəhər sakinləri eyni istiqamətdə hərəkət edən marşrut xətlərindən birinin ləğvinə görə saatlarla gözləməli olur, interval daha da artır, avtobuslarda sıxlıq müşahidə edilir.

Bu problemlə üzləşən paytaxtın Bakıxanov qəsəbəsi sakinlərinin sözlərinə görə, 23 saylı marşrut xəttinin ləğvi də buna misaldır.

Axar.az-a müraciət edən sakinlər qeyd edirlər ki, iki ay əvvələ qədər sərnişinlər metronun “Xalqlar dostluğu” stansiyasından Bakıxanov istiqamətinə rahat gedib-gələ bilirdi. Çünki qəsəbəyə və oradan Komsomol dairəsinə qədər iki marşrut xətti işləyirdi.

Ancaq 23 saylı marşrutun ləğvindən sonra ümid yalnız bu istiqamətdə 49 nömrəli avtobuslara qalıb. Sakinlərin məlumatına görə, artıq iki aydır 23 saylı marşrutun ləğvinə görə əziyyət çəkirlər. Üstəlik, sözügedən marşrut daha qısa yolla, tıxac olmayan ərazidən keçərək mənzilbaşına çatırdı.

Qeyd edək ki, xəttdən çıxarılan 23 nömrəli marşrutun avtobusları 49 nömrəli xətt üzrə hərəkət edən marşrutlara satılıb. Sakinlər bildirirlər ki, ancaq avtobus sayının artımı hiss edilmir. 23 nömrəli marşrut qeyd edilən istiqamət üzrə ən çox istifadə edilən marşrut hesab olunurdu.

Avqust ayının 28-dən etibarən Nəqliyyat Nazirliyi 90, 95, 131, 168, 173 saylı avtobuslarla yanaşı, 23 nömrəli marşrut avtobusunun da hərəkət xəttini dəyişdirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm