Suriyada daha bir azərbaycanlı öldürüldü - Foto
Bizi izləyin

İqtisadi gündəm

Suriyada daha bir azərbaycanlı öldürüldü - Foto

Suriyada daha bir azərbaycanlı öldürülüb.


Publika.az “Timetürk” saytına istinadən xəbər verir ki, İdlib şəhərində Əsəd ordusuna qarşı iki gündür davam edən silahlı qarşıdurmada strateji əhəmiyyətə malik olan “Vadi Dayf” hərbi hissəsi müxaliflər tərəfindən alınıb. İki gün davam edən qarşıdurmada 1000-ə yaxın Əsəd əsgəri, 80-nə yaxın “Əhrar” və digər cəbhələrdən olan döyüşçü ölüb.

Silahlı qarşıdurmada “Azəri” camaatının (Əbu Musa camaatı) üzvü Ruslan Əliyev də öldürülüb. Əbu Musa camaatının qurucularından olan Rüstəm Əsgərov ötən il dekabrın 1-də Hələbdə öldürülmüşdü. R. Əsgərov Suriyaya gedən ilk azərbaycanlı hesab olunurdu.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm