• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təhsil Nazirliyinin “qaynar xətt“inə 68 şikayət daxil olub

Təhsil Nazirliyinin “qaynar xətt“inə 68 şikayət daxil olub

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) fevral ayında 1629 müraciət daxil olub. Publika.Az-ın nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt vasitəsilə qəbul edilib.


Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir.

Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər müvafiq qurumlara göndərilib. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. Ünvanlı müraciətlər isə yazılı şəkildə cavablandırılıb.

Sorğu xarakterli müraciətlər daha çox ümumi təhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş sınaq imtahanlarının təşkili, keçirilməsi və nəticələri, ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu, Respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı olub. Digər sorğular yaş senzinin tətbiqi, müəllimlərin dərs yükü ilə təmin olunması və əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması, xaricdə təhsil və digər məsələləri əhatə edib.

“Qaynar xətt” xidmətinə daxil olan 68 şikayət xarakterli müraciətin böyük əksəriyyəti (23 müraciət) Bakının ümumi təhsil müəssisələri ilə bağlıdır. Həmçinin, Abşeron (4 müraciət), Kürdəmir, Masallı, Ağdam, Quba (hər birindən 2 müraciət), Füzuli, Samux, Şəki, Hacıqabul, Lənkəran, Yardımlı, Tərtər, Zaqatala, Göygöl, Xocavənd, Beyləqan, Qubadlı, Saatlı, Lerik, Ağsu, Ağcabədi, Gədəbəy rayonlarından (hər birindən 1 müraciət), Gəncə, Mingəçevir şəhərlərindən (hər birindən 1 müraciət) şikayət xarakterli müraciətlər daxil olub.

Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlar, məktəbli formasının, tədris ədəbiyyatı və müxtəlif nəşrlərin satışı, istilik sisteminin nazaslığı, elektrik enerjisinin fasilələrlə verilməsi, məktəb avadanlıqlarının alınması, məktəblərin təmiri və digər məsələlər öz əksini tapıb.

Ötən ay texniki peşə məktəbləri ilə bağlı 3 şikayət daxil olub. Bu şikayətlərdə Bakı 12 nömrəli, Biləsuvar və Gədəbəy peşə liseylərindən bəhs edilir.

Ali təhsil müəssisələri ilə bağlı daxil olan 8 şikayət xarakterli müraciətin 6-sı dövlət, 2-si isə özəl tədris ocaqları ilə əlaqədardır. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin ləngiməsi və digər məsələləri əhatə edib.

Orta ixtisas təhsili müəssisələrindən daxil olmuş 4 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlı olub. Həmin müraciətlərə baxılıb və müvafiq qaydada cavablandırılıb.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araş­dı­rıl­ıb və müvafiq tədbirlər həyata keçirilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR