Jurnalistlərə xoş xəbər - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Jurnalistlərə xoş xəbər - FOTO

2015-ci ildə Bakıda jurnalistlər üçün ikinci yaşayış binası təhvil veriləcək. Ölkə başçısının 2013-cü ildə imzaladığı sərəncama əsasən birinci binanın yaxınlığınmda jurnalsitlərin mənzil ehtiyaclarını təmin etmək üçün ikinci binanın tikintisinə başlanılıb.

Publika.az musvat.com.a istinadən xəbər verir ki, hazırda Bibiheybət qəsəbəsində jurnalistlər binasının tikintisi sürətlə davam edir. Artıq binanın 13-cü mərtəbəsi tikilmək üzrədir. İşlər isə sürətlə davam edir. 3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq binanı 2015-ci ildə təhvil vermək planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq.

Sərəncama əsasən 2015-ci il Milli Mətbuat Günündə mənzillər təhvil veriləcək. Hələliksə mənzillərin hansı meyarlar əsasında veriləcəyi bilinmir. Dekabrın 16-da “Media forum” saytına danışan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, binanın tikintisi ilə bağlı hər hansı problem yoxdur: “Bina tam hazır olduqdan sonra mənzillərin jurnalistlərə verilməsi ilə bağlı bütün şərtlər açıqlanacaq. Hazırda binanın tikintisi təyin olunmuş qrafikə uyğun davam etdirilir. Artıq binanın 12-ci mərtəbəsində işlər gedir”.

Qeyd edək ki, jurnalistlər üçün tikilmiş 156 mənzilli ilk bina 2013-cü ildə istifadəyə verilib. Həmin binada mənzillərin bölüşdürülməsi meyarlarına əsasən, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilib. Gündəlik qəzetlər və informasiya agentliklərinin 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portallarının 1 namizəd vermək hüquq olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm