Yardımlıda xəzinənin tapıldığı məşum “Əli daşı”nın - FOTOLARI – ÖZƏL
Bizi izləyin

İqtisadi gündəm

Yardımlıda xəzinənin tapıldığı məşum “Əli daşı”nın - FOTOLARI – ÖZƏL

Xəbər verdiyimiz kimi, Yardımlı rayonunun Məlikli kəndində xəzinə tapılıb.

Publika.az-ın əməkdaşı xəzinənin tapıldığı Məlikli kəndinin yaxınlığındakı “Əli daşı” deyilən yerin fotolarını çəkə bilib.

Qeyd edək ki, ərazidə ehtiyatla qazıntı işləri davam etdirilir. Qazıntının davam etdirilməsi ərazidə başqa qiymətli əşyaların ola biləcəyini düşünməyə əsas verir. Polis əməkdaşları ərazinin təhlükəsizliyini qoruyur.

Qeyd edək ki, yerli sakinlər bir əsrdən artıq müddətdə buranı pir olaraq ziyarətgah kimi qəbul ediblər. İddialara görə, pirdə böyük bir daşın üzərində Həzrət Əlinin ayaq izləri olub. Lakin sonradan həmin daşın xəzinənin basdırıldığı yeri işarələmək üçün bura qoyulduğu ortaya çıxıb. Məlumatlara görə, xəzinə xüsusi xəritə əsasında aşkara edilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm