İrəvana məcburi eniş edən təyyarədəki azərbaycanlı danışdı - VİDEO
Bizi izləyin

İqtisadi gündəm

İrəvana məcburi eniş edən təyyarədəki azərbaycanlı danışdı - VİDEO

Publika.az ötən gün Ukrayna Hava Yollarına məxsus göyərtəsində 25 azərbaycanlının da olduğu Kiyev-Tiflis reysini həyata keçirən təyyarənin İrəvana məcburi eniş etməsi barədə məlumat verib.

Qeyd edək ki, buna təyyarədə yaranmış nasazlıq səbəb olmuşdu. İrəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən təyyarədən endirilərək gözləmə zalına aparılmışdılar.

Burada azərbaycanlılara pasportlarına sərhəd keçid məntəqəsində möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olunub. Azərbaycanlıların təkidindən sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb. Uzun müddət aradan sonra onlar təyyarə ilə Tiflisə yola salınıblar. Təyyarədə olan Kiev Milli Aviasiya Universitetinin azərbaycanlı tələbəsi, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının üzvü Səfərəli Babayev Diaspora TV-ə müsahibəsində 25 azərbaycanlının başına gələnləri danışıb.

Publika.az həmin videonu təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm