Bələdiyyə seçkilərində seçici fəallığı yüksəkdir - FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

Bələdiyyə seçkilərində seçici fəallığı yüksəkdir - FOTOLAR

Azərbaycanda bələdiyyə seçkilərində səsvermə prosesinə start verilib.

Publika.az-ın məlumatına görə, seçkilərdə 37 mindən artıq namizəd qalib gəlmək uğrunda mübarizə aparır.

Öz üzvlərini yerli özünüidarəetmə orqanlarında görmək istəyən partiyalar namizədlərini irəli sürüblər. Bununla yanaşı, siyasi mənsubiyyəti olmayan bitərəf şəxslər də fərdi şəkildə bələdiyyə üzvlüyünə namizədliklərini veriblər.

Seçki fəallığının xüsusi olaraq seçildiyi 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin bütün məntəqələrində həm namizədlər, həm də seçicilər üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, Dairə Seçki Komissiyası ötən seçkilərə də yüksək hazırlığı ilə seçilib. 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə 36334 seçici qeydiyyatdadır. Səsvermə bütün məntəqələr üzrə uğurla həyata keçirilir.

Dekabrın 21-dən - seçkiqabağı təşviqat kampaniyası qurtardığı gündən etibarən namizədlərin təbliğat xarakterli materialları, müxtəlif yerlərdə asılan plakatlar yığışdırılıb. DSK-dan verilən xəbərə görə, səsvermə prosesi uğurla davam edir. Seçicilər heç bir məhdudiyyət olmadan məntəqələrə gələrək səsvermələrdə iştirak edirlər.

30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 8 saylı məntəqəsinin katibi Vazeh Mehdiyev səsvermənin təşkilindən razı qaldıqlarını dedi. Onun sözlərinə görə, səsvermə prosesi yüksək səviyyədə davam edir: “Seçici fəallığı çox yaxşıdır. Artıq 170-dən çox seçici məntəqəyə gələrək səsvermə prosesində iştirak edib. Vətəndaşlara dəstəklədikləri namizədlərə səs vermələri üçün hər cür şərait yaradılıb. İndiyə qədər hər hansı xoşagəlməz hal yaşanmayıb. Məntəqənin sədri Təranə Bəxtiyarova, üzvlər və katiblər iş başındadır”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm