
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi doğum günü ilə bağlı təbrik edib.
Publika.az-ın Prezidentin rəsmi saytına istinadən məlumatına görə, təbrikdə deyilir:
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm
cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə
yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm.
Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini
yüksək qiymətləndirirəm. Ümidvaram ki, Rusiya və Azərbaycan
xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə
işimiz davam edəcək.
Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm.
Vladimir Putin