İqtisadi gündəm
İlham Əliyev Bakının Ziya Bünyadov prospektinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dekabrın 23-də Bakının Ziya Bünyadov prospektinin yenidən
qurulmasından sonra açılışında iştirak edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Prezident İlham
Əliyev prospektin yenidən qurulması layihəsi əsasında yolun hazırkı
texniki göstəricilərini əks etdirən stendə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov həyata keçirilən yenidənqurma işləri
barədə dövlətimizin başçısına məlumat verdi.
Ziya Bünyadov prospektinin təmir və yenidənqurma işlərinə ötən ilin
may ayında başlanılıb. Bu yol “Koroğlu” qovşağı ilə “Qələbə”
dairəsini birbaşa birləşdirəcək. On iki zolaqdan ibarət olan
prospekt boyu 11 yol qovşağı mövcuddur. Tunel və körpülərdən ibarət
olan yol qovşaqları nəqliyyatın hərəkətinin intensivliyinin təmin
edilməsi baxımından olduqca əhəmiyyətlidir. Tunel tipli qovşaqların
dördünün tikintisi prospektin yenidən qurulması işləri ilə bərabər
həyata keçirilib. Bu işlər görülən zaman “Çermet” adlandırılan
altızolaqlı körpü də tamamilə yenidən qurulub. Ziya Bünyadov
prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində nəqliyyatın
hərəkətinin sıxlığının aradan qaldırılması məqsədilə altızolaqlı
yeni körpü də inşa olunub. Layihəyə uyğun olaraq prospekt boyunca
piyadaların təhlükəsiz hərəkəti üçün 5 piyada keçidi də inşa
edilib.
Qeyd edək ki, dövlətimizin başçısının göstərişi ilə Bakıda və eləcə
də respublikamızın ayrı-ayrı rayonlarında yol-nəqliyyat
infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü
tədbirlər ardıcıl olaraq davam etdirilir. Prezident İlham Əliyevin
sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarına uyğun olaraq
yol infrastrukturunun daha da müasirləşdirilməsi, Bakı və ətraf
qəsəbələrin yollarının ən müasir səviyyədə inşası, yeni-yeni yol
ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada
keçidlərinin tikintisi istiqamətində son illər böyük sürət alıb.
Paytaxtın Ziya Bünyadov prospektinin yenidən qurulması ilə bağlı
görülən işlər də bu sıradandır.
Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsdi.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO