İqtisadi gündəm
Silahlı Qüvvələrin yanacaq xidməti rəislərinin toplantısı keçirilib - FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin yanacaq xidməti rəisləri ilə cəbhə bölgəsində 2014-cü ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.
Toplantıda Müdafiə Nazirliyinin zabiti polkovnik Hüseyn Vəliyev orduda həyata keçirilən islahatların xalqımız tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb. Bildirilib ki, ordu rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin maddi-texniki bazasının yenilənməsinə xüsusi önəm verilir.
Silahlı Qüvvələrin yanacaq-sürtkü materialları, müasir texnika və digər avadanlıqlarla təchiz olunması istiqamətində görülən işləri şərh edən zabit H.Vəliyev yeni səhra yanacaqdoldurma məntəqələrinin, müasir tələblərə cavab verən yanacaq anbarlarının tikilib istifadəyə verilməsinin planlaşdırıldığını və bu fəaliyyətlərin davam etdiyini xüsusi vurğulayıb.
Sonra texniki vasitələrin istismarı, saxlanılması, yeni kart sisteminə keçid və digər yeniliklər barədə ətraflı məlumat verilib, müdafiə nazirinin tapşırığına əsasən ordumuzun bu sahədə gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr şəxsi heyətin diqqətinə çatdırılıb.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı