Nazir bir qrup hərbçiyə rütbə verdi - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Nazir bir qrup hərbçiyə rütbə verdi - FOTO

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə "polkovnik" hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, rütbələrə təqdim olunan hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Təltif olunanlar göstərilən etimada görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirərək növbəti rütbələrin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə məsuliyyət hisslərinin daha da artacağını xüsusi qeyd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm