ŞAD XƏBƏR: İnternetin qiyməti aşağı salına bilər
Bizi izləyin

İqtisadi gündəm

ŞAD XƏBƏR: İnternetin qiyməti aşağı salına bilər

“Azərbaycanda internet qiymətlərinin aşağı düşməsi üzrə tədbirlər görülür”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, bu sahədə mövcud olan qiymətlər ildən-ilə aşağı düşür.

İ.Məmmədov onu da deyib ki, Azərbaycanda mobil danışıqlar və internetlə bağlı qiymətlər mobil operatorların özləri tərəfindən tənzimlənir:

“Yəni bu xidmətlər mobil operatorların özləri tərəfindən göstərilir. İnternet pravayderləri kimi, monil operatorlar da özləri bu cür xidmətlər göstərirlər. Ona görə də bununla bağlı tarifləri biz tənzimləmirik”.

Nazir müavini 2015-ci ildə Azərbaycanda internetin qiymətinin aşağı düşməsini də istisna etməyib: “Yəqin ki, gələn il də qiymətlərdə aşağı düşmə olacaq. Ancaq bu barədə indidən dəqiq söz demək mümkün deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm