• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əhalinin içməli və suvarma suyuna olan təlabatını ödəmək üçün 21,5 milyon manat ayrıldı

Əhalinin içməli və suvarma suyuna olan təlabatını ödəmək üçün 21,5 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, son illər əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir.

2013-cü ildə Taxtakörpü və 2014-cü ildə Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində 200 min hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq, 50 min hektara yaxın torpaq sahəsinin dövriyyəyə daxil edilməsi mümkün olacaqdır.

Əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-cü ildə əhalisi 310 min nəfərdən çox olan 29 rayonun 104 yaşayış məntəqəsində 107, 2014-cü ildə isə əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində 250 subartezian quyusu qazılmışdır.

Dövlət başçısı bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq qərara alıb ki, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 19,5 milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR