Bayram günləri işıqlarımız sönməyəcək
Bizi izləyin

İqtisadi gündəm

Bayram günləri işıqlarımız sönməyəcək

1 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramında Azərbaycanın enerji operatorları gücləndirilmiş iş rejimində çalışacaqlar.

"Azərenerji" ASC-dən Trend-ə bildiriblər ki, ASC bayram günlərində istehlakçıları elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək: "Bayram günlərində iş elektrik enerjisinin istehsalı və onun paylaşdırılması baxımından daha da gücləndiriləcək".

"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə Trend-ə deyib ki, ASC digər günlərdə olduğu kimi, bayram günlərində də gücləndirilmiş rejimdə işləyəcək: "Hərçənd biz hər gün gücləndirilmiş rejimdə işləyirik, lakin bayram günlərində bu məsələyə xüsusi diqqət yetiriləcək. Əlavə texnika və mexanizmlər cəlb ediləcək, operativ qruplar işə salınacaq. Bütün bunlar abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmini üçün edilir".

Onun sözlərinə görə, elektrik enerjisinin verilişində problem yaranarsa, istehlakçılar 199 nömrəli "qaynar xətt"ə müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm