Gələn il Xəzərlə bağlı mühüm qərarlar qəbul oluna bilər
Bizi izləyin

İqtisadi gündəm

Gələn il Xəzərlə bağlı mühüm qərarlar qəbul oluna bilər

Xəzəryanı dövlət başçılarının növbəti sammiti gələn il Astanda keçiriləcək.

Publika.az-ın məlumatıan görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlin İdrisov məlumat verib. Onun sözlərinə görə, sammitə beş Xəzəryanı dövlətin rəhbərləri qatılacaq.

Onun sözlərinə görə, bu il Həştərxanda keçirilən sammitdə Xəzərin hüquqi statusu haqqında hərtərəfli konvensiyanın hazırlanması perspektivini yaxınlaşdıran çox mühüm siyasi qərarlar qəbul edilib. Növbəti sammitdə isə Xəzərə dair danışıqlar çərçivəsində çox fəal, gərgin və çətin iş aparılacaq. O, hesab edir ki, Astana sammitinədək qalan məsələlər barədə razılığa gələ biləcək, kompromis tapacaq, siyasi qərar qəbul edilməsinə və bəlkə də Astana sammitində hüquqi status haqqında konvensiyanın imzalanmasına nail olmaq mümkün olacaq.

"Dövlət başçısı konkret tapşırıq verib və Qazaxıstan bu perspektivi yaxınlaşdırmaq, Xəzərə dair qarşıdakı Astana sammitinə güclü siyasi məzmun vermək üçün ən fəal addımlar atacaq”, - İdrisov əlvaə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm