Ermənistan əsir düşən hərbçisindən imtina etdi
Bizi izləyin

İqtisadi gündəm

Ermənistan əsir düşən hərbçisindən imtina etdi

Ermənistan ötən gün Ağdam istiqamətində təmas xəttini yarmağa cəhd edərkən erməni diversiya qrupunun əsir düşən bir nəfər hərbçidən imtina edib.

Publika.az-ın məlumatına görə, erməni tərəfi Arsen Eduardoviç Baqdasaryan adlı hərbçinin müqavilə əsasında hərbi hissələrdən birində bir müddət xidmət etdiyini təsdiqləsə də, nizam-intizam qaydalarını pozduğuna görə, vəzifəsindən müvəqqəti azad edildiyini bildirib.

Qeyd edək ki, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Naziliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm