“Atletiko” klubu Prezident İlham Əliyevi təbrik edib
Bizi izləyin

İqtisadi gündəm

“Atletiko” klubu Prezident İlham Əliyevi təbrik edib

Madridin “Atletiko” klubu Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

Publika.az-ın məlumatına görə, klubun baş icraçı direktoru Migel Angel Gilin təbrik məktubunda deyilir:

“Zati-aliləri, Sizi doğum gününüz münasibətilə klubumuzun və “Atletiko Madrid” ailəsinin bütün üzvləri adından təbrik etmək istərdik.

Yola salmağa hazırlaşdığımız 2014-cü il klubumuz üçün xoş xatirələr və İspaniya Liqasında, Super Kubokda, UEFA Çempionlar Liqasında qazanılan uğurlarla dolu möhtəşəm, tariximizin ən gözəl illərindən biri olub.

Bütün bu nailiyyətlər bizə Sizin gözəl ölkənizi dünyanın 250 milyon əhalisinə təqdim etmək imkanı verib. Bütün azarkeşlərimiz “Atletiko”nun dəyərlərini Azərbaycan ilə əlaqələndirirlər - ambisiyalarla birgə səylər və gərgin iş xəyalları reallaşdırmağa imkan verir.

Biz həqiqətən də bununla fəxr edirik və bu uğuru Sizinlə, Azərbaycan xalqı ilə bölüşmək istəyirik. Bizə göstərdiyiniz dəstəyə görə Sizə daim minnətdar olacağıq və Azərbaycanın gözəlliklərini dünyaya yaymağa davam etməkdə qətiyyətliyik.

İcazə verin, bu xoş fürsətdən istifadə edib Sizi, ailənizi və ölkənizi Milad bayramı və Yeni il münasibətilə də təbrik edim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm