Qurban Məmmədov və Sərdar Əlibəyli azadlıqda -FOTO
Bizi izləyin

İqtisadi gündəm

Qurban Məmmədov və Sərdar Əlibəyli azadlıqda -FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində icra edilib.

Teleqraf.com-un əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, müəssisədə cəza çəkən 5 nəfər əfv edilib. Onlar Qurban Məmmədov, Sərdar Əlibəyli, Anton Başkov, Pərviz Abuşov və Azad Bəşirovdur.

S.Əlibəyli Teleqraf.com-un əməkdaşına açıqlamasında bildirib ki, əfv edildiyi üçün ölkə başçısına minnətdardır: "Mən özümü təqsirkar saymıram. Bütün hallarda vaxtından əvvəl azadlığa buraxıldığım üçün ölkə başçısına minnətdaram". A.Başkov əfv edildiyi üçün ölkə başçısına minnətdarlığını bildirib. Qurban Məmmədov jurnalistlərə açıqlama verməkdən imtina edib.

Penitensiar Xidmətin rəis müavini Rafiq Ramazanov çıxış edərək bildirib ki, bu günə qədər 58 əfv fərmanı imzalanıb və nəticədə Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrindən 6025 nəfər azadlığa qovuşub: "Dekabrın 29-da imzalanan əfv sərəncamı 87 nəfərə şamil olunub ki, onlardan 79 nəfəri Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm