Penitensiar Xidmətin rəis müavini: “Çox az hallarda əfv olunanlar arasında yenidən cinayət törədənlər olur”
Bizi izləyin

İqtisadi gündəm

Penitensiar Xidmətin rəis müavini: “Çox az hallarda əfv olunanlar arasında yenidən cinayət törədənlər olur”

Bu, məhkumların azad olunmasıyla bağlı birinci əfv fərmanı deyil. Azərbaycanda əfv sərəncamları 1995-ci ildən tətbiq olunur. Prezident Heydər Əliyev 32 əfv sərəncamı imzalayıb ki, bu da 3000 məhkuma tətbiq olunub. 2003-cü ildən indiyədək isə prezident İlham Əliyev tərəfindən verilən fərmanı nəticəsində 2923 nəfər azadlığa qovuşub.

Publika.az xəbər verir ki, bu sözləri Penitensiar Xidmətin rəis müavini general Hüseyn Əlixanov jurnalistlərə açıqlamasında deyib. İndiyədək ümumilikdə 58 əfv sərəncamının imzalandığını deyən H. Əlixanovun sözlərinə görə, bu sərəncamı digər güzəştli qanun normalarından fərqlənir: “Konstitusiyada 48 maddə vətəndaş hüquqlarıyla bağlıdır. Məhkumların hüquqlarının qorunmasıyla bağlı prezident tərəfindən əfv sərəncamları vaxtaşırı olaraq həyata keçirilir. Adətən əfv sərəncamı cəzasının yarısını çəkən, bu müddətdə davranışlarıyla islah olunduğunu sübuta yetirən məhkumlara tətbiq olunur. Çox az hallarda əfv olunanlar arasında yenidən cinayət törədənlər olur”.

H. Əlixanov Ədliyyə Nazirliyi, Penitensiar Xidmət və bütün məhkumlar adından prezident İlham Əliyevə əfv sərəncamına görə təşəkkürünü bildirib.

Hazırda 6 yeni cəzaçəkmə müəssisəsi tikildiyini deyən rəis müavininin sözlərinə görə, yeni tikilən binalarda saxlanma şəraiti yaxşılaşdırılacaq və müasir standartlara cavab verəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm