Əfv olunan Türkiyə vətəndaşı danışdı
Bizi izləyin

İqtisadi gündəm

Əfv olunan Türkiyə vətəndaşı danışdı

“Əfv olunduğuma görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu, bayram öncəsi atılan çox humanist bir addımdır”. Publika.az xəbər verir ki, bunu əfv olunan Türkiyə vətəndaşı Aldəmir Halil bildirib.

2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Türkiyə vətəndaşı həbsxanadakı bütün məhkumlara azadlıq arzuladığını və bayram münasibətilə bütün Azərbaycan xalqını təbrik etdiyini bildirib.

1975-ci ildə anadan olmuş Aldəmir Halil Ziyattin oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 14 fevral tarixli hökmü ilə məhkum edilib. A. Halil qəza törətdiyinə görə həbs olunub və cəzasının 2 ilini çəkib. Cəzanın qalan 3 ili əfv olunub.

Əfv olunan məhkuma arayış Penitensiar Xidmətin rəis müavini general Hüseyn Əlixanov tərəfindən təqdim olunub.

Xatırladaq ki, 2 saylı cəzaçəkmə müəssisəsində 8 nəfər azadlığa buraxılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm