İqtisadi gündəm
Azərbaycan paytaxtı 2015-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
Artıq 2014-cü il sona çatdı. Yola saldığımız il tarixdə
ölkəmizin uğurlu dinamik inkişafı ili kimi qalacaqdır. Azərbaycan
2014-cü ildə də iqtisadi inkişafa nail olub, beynəlxalq mövqelərini
möhkəmləndirib. Azərbaycan iqtisadi artım tempinə görə lider
mövqeyini yola saldığımız ildə də qoruyub saxlayıb.
Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi,
Dördüncü Bakı Beynəlxalq Humanitar və Gənclər siyasəti üzrə birinci
Qlobal forumlara ev sahibliyi etməsi, Bakıda ATƏT Parlament
Assambleyasının iyirmi üçüncü illik sessiyasının plenar iclasının,
“Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin
təməlinin qoyulmasına həsr olunmuş mərasimin, “Baku World
Challenge” avtomobil yarışları üzrə dünya çempionatının final
mərhələsinin, həmçinin ölkədə bələdiyyə seçkilərinin keçirilməsi,
Azərbaycanın ikinci süni peykə- “Azərsky”a sahib olması, yeni
sənaye müəssisələrinin açılması, Bakıda Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılması yola saldığımız ildə tariximizə yazılmış ən
yaddaqalan hadisələrdir. Bütün bunlar regionun lider dövləti olan
Azərbaycanın sürətli inkişafını, beynəlxalq arenada mövqeyinin
güclənməsini bir daha təsdiqləyir. Bu tədbirlərin Azərbaycanda
keçirilməsi ölkəmizə beynəlxalq aləmdə etimadın göstəricisidir.
Azərbaycan 2015-ci ilin iyununda birinci Avropa Oyunlarına ev
sahibliyi edəcək. Bu yarışlara ciddi hazırlıq işləri görülür.
AzərTAc xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibətilə paytaxtın Dənizkənarı Milli Parkında möhtəşəm
atəşfəşanlıq təşkil edilib.
Bulvar ərazisində müxtəlif yerlərdə quraşdırılan hündür şam
ağaclarının bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka
xüsusi gözəllik verib.
Dəqiqələr ötdü və xalqımız 2015-ci ilə qədəm qoydu. Dənizkənarı
Milli Parkda sürəkli atəşfəşanlıq yeni ilin ab-havasına bürünmüş
şəhərimizin səmasını əlvan rənglərə boyadı.
Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və
meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını
ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham
Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət
nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma
Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını
böyük maraqla və heyranlıqla seyr etdilər.
Xalqımız köhnə ili uğurlarla yola saldı, Yeni ilə xoş arzuların,
ümidlərin, qələbələrin sorağı ilə qədəm qoydu.
Qədəmlərin uğurlu olsun, 2015-ci il.
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu