İqtisadi gündəm
ABŞ azərbaycanlı girovlar barəsində çıxarılan hökmü şərh etməyib
“Bu konkret məsələyə dair şərhimiz yoxdur, lakin biz tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konstruktiv addımlar atmağa təşviq edirik".
Publika.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ceff Ratke Azərbaycanın ermənilərin nəzarətində olan Kəlbəcər rayonunun keçmiş sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə çıxarılmış hökmlə bağlı dekabrın 30-da keçirilmiş brifinqdə sualı cavablandıran zaman verib.
Biz inanarıq ki, tərəflər prezidentlərin bu il keçirdiyi üç görüş nəticəsində yaranmış imkandan istifadə edib etibar və inamın yaradılması üçün tədbirlər görə bilər. Dövlət katibi Kerri Uelsdə prezidentləri bunu etməyə çağırıb. Onlar eyni zamanda münaqişənin dinc yolla və davamlı həllinə nail olmaq üçün real danışıqlar prosesinə daxil ola bilər. Biz inanırıq ki, regionun xalqlarının layiq olduğu məhz budur, biz vəziyyəti belə görürük”, deyə Ceff Ratke bildirib.
Dekabrın 29-da Qarabağda diversiya-casusluq fəaliyyətində ittiham edilən Dilqəm Əsgərov hakimin hükmü ilə ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar irəli sürülən ittihamları qəbul etməyərək, doğma yurdlarına yaxınlarının məzarlarını ziyarət etməyə gəldiklərini deyiblər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!