Kartofun qiyməti düşəcək - ANONS
Bizi izləyin

İqtisadi gündəm

Kartofun qiyməti düşəcək - ANONS

Hətta Martın axırlarında faraş kartofu çıxacaq. Bundan sonra kartofun da qiyməti əvvəlki qiymətinə qayıdacaq. Bundan da əlavə kənd təsərrüfatı məhsullarının paytaxta gətirilməsinə də yardımçı olacağıq ki, qiymətlər qalxmasın, məhsullar bol olsun.

Kənd Təsərrüfatı Nazirliyi: “Novruz bayramında qiymətlər qalxmayacaq”

Mətbuatda yayılan məlumatlara görə, mövsümlə əlaqədar ölkə ərazisində bir neçə gün əvvəl müşahidə olunan sərt şaxtalı hava kənd təsərrüfatı məhsullarına da öz mənfi təsirini göstərib. Məlumata görə, son günlərdə şimal bölgəsindəki rayonlardakı fermerlər bununla bağlı ciddi ziyana məruz qalıblar. Məhz buna görə qiymət artımının olacağını deyənlər var.

Bundan əlavə ekspertlər bayram ərəfəsində qiymət artımının olacağını deyiblər. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov movqe.az-a açıqlamasında qiymət artımının indi deyil, Novruz bayramı ərəfəsində müşahidə olunacağını bildirib: “Bazarda qiymət artımı daha çox bayram ərəfəsində baş verəcək. Ona görə ki, bizim istehlakçılar çalışırlar ki, daha çox bayram ərəfəsində bazarlıq etsinlər. Bayram süfrəsini bol etmək üçün. Belə olan halda idxala məsul olan sahibkarlar da bunu izləyirlər. Onlar həm ölkə daxilində istehsal olunan məhsulun topdan satışı ilə, həm də idxal olunan məhsulun satışı ilə məşğul olduqlarından yaranmış vəziyyətən çox məharətlə istifadə edirlər. Yəni, düşünürəm ki, bizdə qiymət artımı Novruz bayramı ərəfəsində müşahidə ediləcək”.

Ekspert Nizami Qarayev isə cüzi şəkildə qiymət artımının gözlənildiyini bildirsə də, bunun meyvə mövsümünün sonu olması ilə bağlı olduğunu bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Publika.Az saytına açıqlamasında qiymət artımının olmayacağını dedi: “Nazirlik tərəfindən qiymətlərə tam nəzarət olunacaq. Xüsusən də bayram ərəfəsində. Eyni zamanda bayramqabağı bizim tədbirlər planımız da olacaq, yarmarkalar da təşkil edəcəyik”.

M. Hacıyevin sözlərinə görə, tərəvəzlərin qiymətində enmə müşahidə olunur: “Keçən illə müqayisədə qiymətlər aşağıdır. Hətta Martın axırlarında faraş kartofu çıxacaq. Bundan sonra kartofun da qiyməti əvvəlki qiymətinə qayıdacaq. Bundan da əlavə kənd təsərrüfatı məhsullarının paytaxta gətirilməsinə də yardımçı olacağıq ki, qiymətlər qalxmasın, məhsullar bol olsun”.

Elmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm