Müdafiə Nazirliyi: Ordumuzun itkiləri barədə ermənilərin yaydığı məlumat yalandır
Bizi izləyin

İqtisadi gündəm

Müdafiə Nazirliyi: Ordumuzun itkiləri barədə ermənilərin yaydığı məlumat yalandır

Cəbhədə Azərbaycan Ordusunun guya üç hərbi qulluqçusunun öldürülməsi barədə Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatlar yalandır. Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan mətbuatının cəbhədəki atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabitin” məhv edilməsi barədə məlumatları dezinformasiya xarakteri daşıyır.

Qeyd edək ki, erməni kütləvi informasiya vasitələrində bu il yanvarın 5-dən 6-na keçən gecə cəbhədə qoşunların təmas xəttində baş verən atışma zamanı Azərbaycan Ordusunun 3 hərbi qulluqçusunu itirdiyi barədə məlumatlar yayılıb. Ermənilər hətta hərbçilərimizdən birinin "adı və soyadını", eləcə də "xidmət etdiyi hərbi hissəsinin nömrəsini" də qeyd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm