Kreml Tiflisdə imperiya qurur: Bakı təhlükədə
Bizi izləyin

İqtisadi gündəm

Kreml Tiflisdə imperiya qurur: Bakı təhlükədə

Rusiya Gürcüstan iqtisadiyyatı üçün Ermənistan ssenarisi hazırlayır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə gürcü politoloqu Roman Qoçiridze öz Feysbuk səhifəsində çıxış edib.

O, bu ssenarinin nəqliyyat və neft-qaz sektorunda da tətbiq ediləcəyini bildirib:

“Rosneft” Rusiya prezidentinin əsas iqtisadi silahıdır. O artıq Poti limanını tutub. Gürcüstan hakimiyyəti biznesmen David Yakobaşvilinin “Rosneft”lə müqaviləsinin Tiflisdən gizlin imzalayıb-imzalmamasını aydınlaşdırmalıdır. Bu, hərbi aqressiyaya bənzərdir. O, sadə alış-veriş deyil. Bu, həm də digər planlara bağlıdır. Bunlar sırasında Abxaziya dəmiryolu layihəsi, Avaro-Kaxetiya magistralı, Kadırovun sayıqlaması olan Transqafqaz dəmiryolu, Qazaxıstanın Gürcüstanda qazpaylanma şəbəkəsinə qayıtması və gələcəkdə Azərbaycan qazının rus qazı ilə əvəz edilməsi açıqlamaları yer alır. Hökumət dövlətin maraqları istiqamətində hərəkət etməlidir. Onun əllərini hər şeydən kənara çəkmək alınmayacaq. Poti limanına nəzarət Azərbaycana və Mərkəzi Asiya ölkələrinə qarşı təzyiq silahı olacaq. Rusiyanın Anakaliya limanına sahiblənməsi üçün tenderdə başqa adla iştirak etməsi də istisna deyil. Bu, Rusiyanın energetik imperiya adlanan siyasi doktrinasının tələblərinə uyğundur. Yakobaşvili amerikalıların “Telasi” şirkətini ruslara satdığı taktikadan istifadə etdi. Bir azdan “Rosneft”ə satılan 49% səhmə 2% də əlavə ediləcək”.

Qeyd edək ki, “Rosneft” bir müddət öncə Xəzər qazının Qara dənizə çıxışını təmin edəcək “Petrocas Energy Limited” şirkətinin 49% səhmini alıb.

- See more at: http://axar.az/news/39724#sthash.Z3ztFmvY.dpuf
Oxumağa davam et
Reklam
Reklam

Gündəm