XİN Fransadakı terror aktını pislədi
Bizi izləyin

İqtisadi gündəm

XİN Fransadakı terror aktını pislədi

Azərbaycan Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fransada baş vermiş terror aktı barədə Trend-in sorğusunu cavablandırarkən bildirib.

O qeyd edib: "Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə başsağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik".

H.Hacıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: "Heç bir halda terror əməllərinə bəraət qazandırıla bilinməz".

XİN rəsmisi əlavə edib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm