Avropanın qarışması Rusiyanın xeyrinədi - Politoloq
Bizi izləyin

İqtisadi gündəm

Avropanın qarışması Rusiyanın xeyrinədi - Politoloq

Parisdə bir qrup azqın insanın əllərinə silahla 12 nəfəri öldürmələri böyük bir faciədir və Breyvikin törətdiyi qətliamdan sonra bu ikinci belə bir dəhşətli hadisədir. Avropa anti-müsəlman motivlərinin artdığı bu günlərdə, bunun provokasiya olduğu gün kimi aydındır.

Publika.az-ın məlumatına görə, bu barədə politoloq Fərhad Mehdiyev öz Facebook səhifəsində yazıb.

"Aydın olmayan məsələ, bunun arxasında kimin durduğudur. Bu, böyük ehtimalla, ya avropalı faşistlər tərəfindən, ya da MOSSAD, ya da FSB-nin planıdır; lakin əsas şübhəli kimi yenə də KGB-nin davamçısı FSB qalır", - politoloq əlvaə edib.

Onun fikrincə, Avropanın qarışması, terror və nasist hərəkətlərlə alovlanması, Rusiyanın xeyrinədir.

"Neftin qiymətinin düşməsi, Rusiyanın valyuta ehtiyatının azalması, Çinin Rusiya ilə ticarətdə rubldan imtina etməsi, Rusiyanın ağır günlərə gərk olacağını göstərir və Putin hal-hazırda çıxış axtardığına işarətdir", - F.Mehdiyev vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm