"Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır"
Bizi izləyin

İqtisadi gündəm

"Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır"

Millət vəkili Fazil Mustafa “ЮКОС” neft şirkətinin eks sahibi, məşhur rusiyalı ictimai xadim və publisist Mixail Xodorkovskinin Məhəmməd peyğəmbərə qarşı karikaturaları yaymaqla bağlı çağırışına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, F.Mustafa "Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır" - deyə qeyd edib:

"Rusiya Prezidentinin bir sıra addımlarını qınasaq da, bəzi addımlarına haqq qazandırmamaq olmur. “ЮКОС” neft şirkətinin eks sahibi Mixail Xodorkovski kimi anormal düşüncə sahibini deyəsən haqlı olaraq uzun müddət həbsxana divarları arasında saxlayıb. Son illərdə bu qədər təxribatçı və ağıldankənar təklifə bəlkə də rast gəlməmişəm. Adam bütün müsəlmanları qıcılandıracaq, daha geniş miqyasda təxribatın baş verməsinə səbəb olacaq bir təklif irəli sürüb. Özünün Twitter səhifəsində bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb. Təbii ki, Parisdə baş verən terrora ağlı başında olan insanların münasibəti birmənalıdır və bunun hər şeydən əvvəl müsəlmanlara qarşı düşünülmüş bir hərəkət olduğu kimsədə şübhə doğurmur. Hətta terrorçular müsəlman olsalar belə, bu vəhşiliyin bədəlini Avropada yaşayan müsəlmanlara ödətmək məqsədilə bu addımı atdıqları ehtimal olunur. Buyurub Fransanın çevik polis sistemi terrorçuları ələ keçirsin və ən ağır cəzaya məhkum etsinlər. Bunun qisasının Məhəmməd Peyğəmbərdən almaq bu axmağın ağlına görəsən haradan gəlib. Peyğəmbərin karrikaturasını çəkməklə hansısa xəstə təxəyyülü insan həzz alırsa, bunları heç ciddiyə almağa da gərək yox. Məkkədə, Taifdə daşqalaq edirdilər, üzünü qanadırdılar, ələ salıb təhqir edirdilər, sonu nə oldu, onun ideyasına, vizyonuna əngəl ola bildilərmi? Endirilmiş dinə bağlı olan müsəlmanlar heç şübhəsiz Peyğəmbərə qarşı təhqirlərə onun özünün göstərdiyi səbrli davranışı göstərərdilər, buna terrorla cavab verməzdilər. Ancaq son olaraq onu deyə bilərəm ki, Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır" - deyə Fazil Mustafa bildirib.

Qeyd edək ki, bu gün Parisdə Məhəmməd peyğəmbərin karikaturasını dərc edən “Şarli Ebdo” jurnalının redaksiyasına hücum olub. Nəticədə baş redaktor daxil olmaqla 13 jurnalist dünyasını dəyişib. Xodorkovski isə Twitter səhifəsində Parisdə baş verən terror aktına münasibətini bildirərkən bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm