Qışa belə hazırıq? - VİDEO
Bizi izləyin

İqtisadi gündəm

Qışa belə hazırıq? - VİDEO

Bakıda cəmi iki gün şaxtalı hava oldu. Amma bu iki gün paytaxtın qışa hazır olmadığının üzə çıxması üçün kifayət etdi. Ən ciddi problemlər yol infrastruktunda və istilik sistemində üzə çıxdı.

Şaxtalı hava başlayan kimi Bakının əksər əraziləri istilikdən məhrum oldu. “Azəristiliktəchizat” ASC-nin “Qışa tam hazırıq” bəyanatlarına baxmayaraq, reallıq başqa şeyi ortaya qoydu. Dövlət külli miqdarda vəsait ayrılsa da, bu qurum əhalinin fasiləsiz istilikı təmin edilməsi üçün hüş bir iş görməyib.

Yeni Yasamal-2 qəsəbəsində 6 və 7 saylı binaların sakinləri isə “Azəristilitəchizat”la bağlı daha bir faktı açıqlayıblar. Sakinklərin sosial şəbəkələrdə paylaşdıqları məlumaya görə, bu ildə istilik sisteminə qoşulan binalardakı mənzillərin hər otağına görə 40 manat pul yığılıb. Bu pulun “Azəristiliktəchizat”a rüşvət kimi verildiyi bildirilir. Bundan başqa, sakinlər “Azəristiliktəchizat”ın göndərdiyi usta briqadalarına evlərə qədər istilik sisteminin çəkilməsi üçün real qiymətlərdən dəfələrlə artıq pul ödəməli olublar. Nəzərə alsaq ki, hər binada azı 180-200 mənzil var, söhbət kifayət qədər böyük məbləğdən gedir.

Qeyd edək ki, problemli ərazidən “Xəzər” telekanalı da reportaj hazırlayıb. Həmin reportajın videosunu təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm