Dövlət müəssisələrində ixtisarlar başladı
Bizi izləyin

İqtisadi gündəm

Dövlət müəssisələrində ixtisarlar başladı

Bakı 2015 Avropa Oyunları Metropoliten QSC-də, imtahanlar isə “Bakelektrikşəbəkə”də ixtisarlara da səbəb olub.

Axar.az xəbər verir ki, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriəcək ilk Avropa Oyunları səbəbilə oyunların bitəcəyi günə qədər yeni metro tikintisi və tunel qazıntısı işləri müvəqqəti dayandırılıb. İşlər dayandırıldığından, Meropolitendə kütləvi ixtisarlara başlanılıb. Bu məqsədlə son bir həftə ərzində Metropolitendən 150-yə yaxın işçi ixtisara düşüb. İxtisara düşənlərin əsasən tunel qazıntısı və tikinti işlərində çalışan fəhlələr olduğu bildirilir.

“Bakelektrikşəbəkə”də isə işçilərin peşəkarlığını artırmağa xidmət edən imtahanlar bəzilərini işsiz qoyub. Belə ki, müəssisədə işdən çıxarılanlar imtahandan keçməyənlərdir.

Bir müddətdir “Bakelektrikşəbəkə”də işçilər arasında peşə fəaliyyətinin gücləndirilməsi üçün imtahanlar keçirilir. İmtahanlarda yüksək nəticə göstərə bilməyən işçilər isə ixtisar edilir.

Dəqiq say məlum olmasa da, son günlər “Bakıelektrikşəbəkə”dən onlarla işçinin ixtisara düşdüyü bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm