Türkiyədə “Xocalı şəhidləri” abidəsi ucaldılacaq
Bizi izləyin

İqtisadi gündəm

Türkiyədə “Xocalı şəhidləri” abidəsi ucaldılacaq

Türkiyənin İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaq.

İzmit bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin layihəsi əsasında inşa ediləcək abidənin açılışı fevralın 26-na planlaşdırılır. Hündürlüyü 3,30 metr olacaq “Xocalı şəhidləri” abidəsi şəhərin Yenişəhər Məhəllə meydanında qoyulacaq. Dizayndakı Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin qardaşlığının, səmaya doğru yüksələn sütunlar isə şəhidliyin rəmzlərini ifadə edəcək.

Abidənin ucaldılması ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi dəhşətli soyqırımın daim xatırlanması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm